Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb - VİDEO

Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 06 mart 2015 12:23 (UTC +04:00)

Kürdəmir Zahid Abişov - APA. Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Sığırlı kənd sakini Nuriyev Hafiz Cümşüd oğlu aralarında baş vermiş münaqişə zəminində həmkəndlisi Mürşüdov Afin Heybət oğlunu sol qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəni törədən H.Nuriyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Hadisənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR