Azərbaycan prezidenti polşalı həmkarını təbrik edib

Azərbaycan prezidenti polşalı həmkarını təbrik edib
# 02 may 2013 15:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikasının Konstitusiya Günü ilə əlaqədar bu ölkənin prezidenti Bronislav Komorovskiyə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Tarixi köklərə malik Azərbaycan və Polşa arasındakı münasibətlər bütün sahələrdə bu gün də müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR