Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən mükafatlandırılıb

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən mükafatlandırılıb
# 12 mart 2013 07:35 (UTC +04:00)

Qəbələ. Rəşad Süleymanov – APA. Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən mükafatlandırılıb. APA-nın məlumatına görə, Qəbələdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Nəvaf əl-Sleibi Azərbaycan FHN-in “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olunub. Baş katibə döş nişanını nazir Kəmaləddin Heydərov təqdim edib.

Konfrans çərçivəsində Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMMT-nin birinci dərəcəli “Komandor” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR