GUAM baş katibi: “GUAM ölkələrinin ərazisində olan münaqişələr bütövlükdə Avropaya zərbədir”

GUAM baş katibi: “GUAM ölkələrinin ərazisində olan münaqişələr bütövlükdə Avropaya zərbədir”
# 19 may 2015 14:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi (GUAM) Valeri Çeçelaşvili deyib.



Onun sözlərinə görə, təşkilatın əsas məqsədi əməkdaşlıq üçün etimad və güclü inteqrasiya yaratmaqdır: “Bu işdə biz beynəlxalq “oyun qaydaları”na əməl edən təşkilatlarla əməkdaşlığa hazırıq. Bütövlükdə etimadı gücləndirmək üçün müştərək proqramlar, regional inteqrasiya üzərində işləmək istəyirik. Etimadı yaratmaq asan deyil. Bütün tərəfdaş ölkələr arasında ikitərəfli razılaşmalar var. Buna baxmayaraq, ümumdünya əməkdaşlıq şəbəkəsində etimad çatışmazlığı var. Hətta deyərdim ki, bu etimad yoxdur. Bu gün beynəlxalq hüququn müəyyən baza prinsipləri pozulub, o cümlədən BMT Xartiyası, Helsinki yekun aktının 10 baza prinsipi və müxtəlif beynəlxalq təşkilatların universal və regional müddəa sənədləri pozulub. Bu problemlər üç ölkə üzləşib: Azərbaycan, Gürcüstan və Moldova. Bunlardan nəticə çıxarılmayıb”.



GUAM rəsmisi əlavə edib ki, bizim ölkələr həll olunmamış münaqişələrdən əziyyət çəkir: “Onlardan bəziləri on illərdir davam edir. Bu münaqişələr tək GUAM məkanına yox, bütövlükdə Avropaya zərbədir. Biz inanırıq ki, bu problemləri beynəlxalq hüququn norma və prinsipləri əsasında, o cümlədən dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll etmək mümkündür. Hesab edirəm ki, mövqeyimiz ədalətli mövqedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR