Əbülfəs Qarayev: “Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir”

Əbülfəs Qarayev: “Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir”
# 05 iyun 2015 11:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Turizm şirkətləri insanların səyahətləri ilə bağlı vauçer hazırlayırlar. Həmin vauçerlər ciddi hesabat formasıdır. Müqavilə bağlamayan şirkətlər qanun pozuntusuna yol verirlər. Onlar müqavilə bağlamırlarsa, deməli, vergilərdən yayınmaq istəyirlər”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, nazirlik bu cür hallarla mübarizə aparır: “Əgər belə faktlar varsa, mütləq bizə xəbər versinlər ki, müvafiq lisenziyanın qanuniliyini nəzərdən keçirək. Amma mənim bildiyimə görə, belə faktlar yoxdur. Çünki indiyə qədər elə hal olmayıb ki, Azərbaycan vətəndaşı səfərə getsin və məhz bu cür faktlara görə hər hansı əziyyəti çəksin, yalanla üzləşsin, xidmətdən narazı olsun. Əvvəllər bir-iki dəfə olub, amma belə halların qarşısını almışıq. Bizim məqsədimiz odur ki, öz vətəndaşlarımız üçün lazımı şəraiti yaradaq. Bu gün Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR