Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Sentyabr
# 02 sentyabr 2015 17:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə hər gün şəhid verir. Biz də qardaş ölkənin dərdini bölüşür, hər gün ürək ağrısı ilə şəhid xəbərlərini paylaşırıq. Tək sevindirici məqam var, bu da Türkiyədən gələn şəhid xəbərlərinə tamaşaçıların, oxucuların reaksiyasıdır. Hər kəs PKK terrorunu lənətləyir, şəhidlərə rəhmət oxuyur. Dünən daha bir şəhid xəbəri İğdırdan gəldi. Şəhid olan polis komissarıdır, Qurbanoğlu. Əslən Borçalıdandır, babası qaçaqaç dövründə Borçalıdan köçərək Qarsın Çamçavuş kəndində məskunlaşıb. Elə Borçalıdakı nəsillərinin adını Türkiyədə özlərinə soyad götürüblər - Qurbanoğlu. O nəslin övladlarından biri PKK terroru ilə mübarizədə şəhid oldu. Qanını yerdə qoymadılar, dünən Qurbanoğlunu torpağa tapşıran türk əsgərləri bu gün xüsusi əməliyyat keçirərək soydaşımızın qisasını alıblar. Qurbanoğlunu şəhid edən PKK-lılardan biri əməliyyat zamanı öldürülüb, digəri isə yaralı ələ keçib. Bu gün öz övladına yas saxlayan Qars, İğdır üçün PKK terrorçularının öldürülməsi kiçik bir təsəllidir. Elə bizim üçün də. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR