Bakıya buraxılmayan rayon maşınları üçün dayanacaqlar yaradılıb - REPORTAJ

Bakıya buraxılmayan rayon maşınları üçün dayanacaqlar yaradılıb - <span style="color: red;">REPORTAJ
# 03 iyun 2015 09:50 (UTC +04:00)

Dayanacaqlardan biri Bakı-Sumqayıt yolunda Ər-Riyad ticarət mərkəzinin həyətində yerləşir. Sürücülər avtomobillərini burada asanlıqla park edə biləcəklər. Dayanacaqda saxlanılan avtomobillərə isə yol polisi əməkdaşları və xüsusi mühafizə xidmətinin işçiləri nəzarət edəcək.

Şamaxı istiqamətindən gələn avtomobillər üçün isə Müşfiqabad postunun yaxınlığında xüsusi dayanacaq yaradılıb.

Kürdəmir-Bakı və Astara-Bakı istiqamətlərindən gələn sürücülər üçün Ələt yolunun 14-cü kilometrliyində xüsusi sahə ayrılıb. Burada da sürücülər və sərnişinlər avtomobillərini park etdikdən sonra yollarına taksi və ictimai nəqliyyat vasitələri ilə davam edə biləcəklər.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, rayon qeydiyyatı olan avtomobillərin müvəqqəti park edildiyi dayanacaqlar pulsuzdur. Burada həm yük avtomobilləri, həm də şəxsi minik avtomobilləri müvəqqəti saxlanıla bilər: "Paytaxtda müəyyən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu "Oyunlar zolağı" çəkilib və mayın 29-dan etibarən zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulub. Həmin zolaqların çəkildiyi bəzi küçələrdə hərəkət iki xətt üzrə olduğundan, burada bir xətt bağlandığı zaman avtomobillərin sıxlığından müəyyən tıxaclar yarana bilərdi. Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qoyulan qadağaların səbəblərindən biri də məhz bu amildir".

Yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz və qida məhsulları daşıyan yük maşınlarına isə şəxsi avtomobillərdən fərqli olaraq, paytaxta giriş icazəsi verilir. Lakin belə avtomobillər yalnız gecə saatlarında paytaxtda hərəkət edə biləcəklər. Qərara əsasən, gecə saat 22:00-dan səhər saat 5:00-a qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda yerləşən müxtəlif bazar və dükanlarda mallarını təhvil verib geri qayıtmalıdırlar.

Qeyd edək ki, nəzərdə tutulan qadağalar 1 iyul tarixinə kimi nəzərdə tutulub. Avropa Oyunları başa çatdıqdan sonra rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR