Azərbaycan konsulu Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb - FOTO

Azərbaycan konsulu Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb  - <span style="color: red;">FOTO
# 08 may 2015 15:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb.

Bu barədə APA-ya Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən bildirilib.

Təqdimetmə mərasimində universitetin rektoru, filologiya elmləri doktoru, professor Beybit Mamrayev çıxışında, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrdən, xüsusi ilə elm və təhsil sahəsində Atırau Dövlət Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsindən danışaraq, qazanılan uğurlarda baş konsul Rəşad Məmmədovun böyük əməyi olduğunu qeyd edib. Rektor, universitetdə Baş konsulluq tərəfindən çox saylı tədbirlərin təşkil olunduğunu qeyd edərək, universitetində “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” yaradılmasında Rəşad Məmmədovun xüsusi rol oynadığını vurğulayıb. B.Mamrayev, Azərbaycan Baş konsulunun göstərdiyi fəaliyyəti nəzərə alaraq, Rəşad Məmmədova elmi şura qərarı ilə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görüşdüyü haqqında məlumat verib.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov, universitet tərəfindən ona verilən adı Azərbaycan Respublikasının xarici siyasətinə verilən qiymət olduğunu bildirərək, bundan sonra da iki qardaş ölkə və xalq arasında əlaqələrin inkişafı istiqamətində çalışacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR