“Nar Mobile” “Operational Excellence in HR” beynəlxalq sammitində təmsil olunub

“Nar Mobile” “Operational Excellence in HR” beynəlxalq sammitində təmsil olunub
# 01 aprel 2015 10:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 25-26 mart 2015-ci il tarixdə, İspaniyanın Barselona şəhərində insan resursları problemlərinin araşdırılması məsələsinə həsr edilmiş beynəlxalq sammit keçirilib.

“Nar Mobile”dan “APA-Economics”ə verilən məlumata görə, sammitdə şirkəti insan resursları üzrə direktor Mətanət Babayeva təmsil edib.

Tədbirdə çıxış edən M.Babayeva “Nar Mobile”ın uğurlu kadr siyasətindən bəhs edərək, insan potensialını dəyərləndirmənin vacibliyi, iş mühiti və işgüzar şərait, eləcə də əməkdaşlar üçün təşkil edilən effektiv proqramlardan danışıb.

İkigünlük sammit uğurlu biznesin əsasını təşkil edən insan resursları problemlərinin öyrənilməsi baxımından çox səmərəli və məhsuldar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR