Bakıda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2014 04:32 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yeni inşa olunan körpünün yaxınlığında qeydə alınıb. Qəzada "Mitsubishi Pajero" və "Hyundai ix35" markalı avtomobillər toqquşub.

Nəticədə "Hyundai"in sürücüsü Rəşid Məhərrəmov xəsarət alıb. Yaralıya hadisə yerinə gələn təcili yardımda ilkin tibi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsindən verilən məlumata görə, qəzanın səbəbkarı yaxınlıqdakı müşahidə kameralarına baxıldıqdan soran müəyyən olunacaq. Qəzada yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR