ATƏT DTİHB Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsdi pisləyib

ATƏT DTİHB Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsdi pisləyib
# 01 fevral 2013 13:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Lenarçiç bildirib ki, seçkiqabağı prosesin davam etdiyi bir dövrdə bu hücumun baş verməsi ciddi narahatlıq doğurur: “Mən bütün maraqlı tərəfləri situasiyanı daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıram. Bundan başqa müvafiq qurumlar bu cinayəti dərindən araşdırmalı və günahkarlar cəzalandırılmalıdır. Seçki prosesinin sakit şəraitdə keçməsi vacibdir”.

Xatırladaq ki, fevralın 18-də Ermənistanda prezident seçkiləri keçiriləcək. ATƏT DHİTB seçkilərin gedişini müşahidə edir.

Dünən prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd edilib. Açılan atəş nəticəsində yaralanmış Ayrikyan xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR