“PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Almatıda keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

“PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Almatıda keçirilən beynəlxalq konfransda iştirak edib - <span style="color: red;">FOTO
# 26 aprel 2013 11:09 (UTC +04:00)

Bakı – APA-Economics. “PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Risklərin idarə olunması üzrə IX Beynəlxalq Konfrans”da iştirak edib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq səviyyəli tədbirdə “PAŞA Həyat Sığorta” ASC-ni şirkətin risklərin idarə olunması şöbəsinin müdiri Pərviz Quliyev və sözügedən şöbənin mütəxəssisi Tural Həsənov təmsil edib.

Konfransa müxtəlif ölkələrin, o cümlədən Rusiya, Özbəkistan, Belarus, Böyük Britaniyanın, ABŞ, Fransa, İsveçrə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və digər dövlətlərin nümayəndələri həm iştirakçı, həm də spiker qismində qatılıblar.

Beynəlxalq konfrans çərçivəsində “Risklərin idarə olunması” mövzusu ilə yanaşı, energetika, qlobal neft sektoru, sığorta və təkrarsığorta bazarının perspektivləri, Mərkəzi Asiyada maliyyə sabitliyi, həmçinin Çin iqtisadiyyatının inkişaf perspektivləri və digər mövzular ətrafında maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Konfransda Azərbaycanı üç sığorta şirkəti təmsil edib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR