Prezident İlham Əliyev: “Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib”

Prezident İlham Əliyev: “Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib”
# 04 may 2015 08:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu islahatlar Ermənistanın təcavüzü fonunda həyata keçirilir: “1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib. 20 ildən artıqdır, sülh danışıqları nəticə vermir. 21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir, masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı humanitar fəlakətlə üzləşmişdi: “Bizə iqtisadiyyatı inkişaf etdirmək üçün sülh və sabitlik lazım idi. Biz işğal şəraitində ölkəmizi inkişaf etdirməli idik, çünki güclü olduqda hədəflərimizə nail ola bilərdik. Biz bu yolla getdik. Münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR