Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni rəisi şəxsi heyətə təqdim olunub

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni rəisi şəxsi heyətə təqdim olunub
# 25 iyun 2016 10:20 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni rəisi şəxsi heyətə təqdim olunub.

APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Lənkəran ŞRPŞ-nə yeni təyin olunmuş rəis İslam Hümbətovu şəxsi heyətə təqdim edib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əvvəlki rəisi, polis polkovniki Möhübbət Hüseynov Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilib. Polis polkovniki İslam Hümbətov isə bu təyinata qədər Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR