Azərbaycanda dini ədəbiyyatın anketləşdirilməsi işinə başlanılıb

Azərbaycanda dini ədəbiyyatın anketləşdirilməsi işinə başlanılıb
# 01 oktyabr 2012 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda dini ədəbiyyatla bağlı yeni təcrübə tətbiq olunur. Bununla bağlı komitə tərəfindən dini ədəbiyyatın xüsusi anketləşdirilməsi işinə başlanılıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.

O bildirib ki, dini ədəbiyyatın zərərli olmamasını təmin etmək üçün bundan sonra oxuculara verilən dini ədəbiyyat nümunələri xüsusi anketlə təqdim olunacaq: “Anketlərdə nəşr edən qurumun, müəllifin, maliyyə mənbəyinin ünvanı göstəriləcək. Bu, ədəbiyyatın şəffaflığını təmin edəcək”.

E.İsgəndərov komitənin bir ay ərzində yeni veb-saytının hazırlanacağını da söyləyib: “Burada da anket və dini ədəbiyyatla bağlı digər prosedur qaydalar yerləşdiriləcək”.

O, ölkəyə daxil olan dini ədəbiyyatın ekspertizası prosesinin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR