Konqoda BMT qoşunlarının iştirakı ilə şiddətli döyüşlər gedir

Konqoda BMT qoşunlarının iştirakı ilə şiddətli döyüşlər gedir
# 25 iyul 2012 19:15 (UTC +04:00)
Bakı-APA. Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhəri yaxınlığında ağır döyüşlər gedir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BMT-nin hərbi vertolyotları Ruanda tərəfindən dəstəklənən “23 mart hərəkatı” üsyançı qruplaşmasının döyüşçülərinə qarşı hücuma keçib. Eyni zaman Konqo ordusu da ağır artilleriyanın dəstəyi ilə Qoma şəhərini ələ keçirməyə cəhd edən üsyançılara qarşı genişmiqyaslı hərbi əməliyyat aparır.
Döyüşlərdən qaçan minlərlə şəhər sakini BMT-nin bazasında sığınacaq alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR