İtaliya və Azərbaycanın təhsil sistemində təcrübələrə dair fikir mübadiləsi aparılıb - FOTO

İtaliya və Azərbaycanın təhsil sistemində təcrübələrə dair fikir mübadiləsi aparılıb - <font color=red>FOTO</font>
# 01 noyabr 2012 15:45 (UTC +04:00)
Bakı – APA. İtaliya universitetlərinin professorlarından ibarət nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan və İtaliya arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri” mövzusunun araşdırılması üçün Azərbaycanda səfərdə olan La Sapienza Universitetinin professoru Enriko Sciubba, Milan Politexnik Universitetinin professoru Ezio Arlati və Roma Tor Verqata Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı, xanım Françeska Dominiçi universitetin rektor və professor-müəllim heyəti ilə görüşüb.

Müzakirələr zamanı İtaliya ilə mövcud əlaqələrdən, habelə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələrdən danışılıb. İtaliya və Azərbaycan təhsil sistemində əldə edilən təcrübələrə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

AzMİU-nun rektoru, millət vəkili Gülçöhrə Məmmədova tələbələrin İtaliya universitetlərinin yay məktəblərinə göndərilməsinin mümkünlüyü, birgə tədqiqat işləri və ali təhsil sahəsində əməkdaşlıq barədə təkliflər verib.

Görüşdə Milan Politexnik Universiteti və Roma Tor Verqata Universiteti ilə AzMİU arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması məsələsi da müzakirə edilib.

Qonaqlar AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonda onlara xatirə hədiyyələri təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR