Elmar Məmmədyarov Türkiyənin səfirini qəbul edib
13 sentyabr 2012 21:22 (UTC +04:00)
APA-nın XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Elmar Məmmədyarov Hulusi Kılıçın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və iki qardaş ölkənin münasibətlərinə verdiyi böyük töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişafı üçün bütün sahələrdə böyük işlər görülüb və ikitərəfli münasibətlər yüksək səviyyədədir.
Nazir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Hulusi Kılıçı “Dostluq ordeni” ilə təltif etməsi Azərbaycan dövlətinin və xalqının Türkiyəli diplomata verdiyi böyük qiymətin göstəricisidir.
Elmar Məmmədyarov Türkiyəli səfirə gələcək fəaliyyətində uğurlar arzu etmiş və qeyd edib ki, Hulusi Kılıc hər zaman Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacaq.

Xarici siyasət
Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
16:56
30 may 2024
Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini izləyir
16:51
30 may 2024
Deputat: Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir
16:39
30 may 2024
Ziyafət Əsgərov: Fransanın 17 min kilometr məsafədə yerləşən Polineziyada nə işi var?
16:33
30 may 2024