Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycan ərazisində 2012-2014-cü illərdə arxeoloji araşdırmalar aparmasına 2 milyon manat ayrılıb

Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycan ərazisində 2012-2014-cü illərdə arxeoloji araşdırmalar aparmasına 2 milyon manat ayrılıb
# 26 aprel 2012 16:17 (UTC +04:00)
APA-nın məlumatına görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan ərazisində 2012–2014-cü illərdə nəzərdə tutulan arxeoloji araşdırmaların maliyyələşdirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan AMEA-ya 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, AMEA Rəyasət Heyətinə ayrılmış vəsaitin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarət, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR