Azərbaycanda bir neçə müəssisənin istehsal etdiyi məhsulların satışı qadağan edilib - FOTOSESSİYA

Azərbaycanda bir neçə müəssisənin istehsal etdiyi məhsulların satışı qadağan edilib - <font color=red>FOTOSESSİYA</font>
# 07 sentyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı və rayonlarda yerləşən istehsal müəssisələrində aparılan yoxlamaların nəticələrini açıqlayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərində fiziki şəxs M.Məmmədquliyevə məxsus sexdə «Bizim ailə» nişanlı qatıq, xama, dovğa, kəsmik və ayranın, Şirvan şəhərində fiziki şəxs G.Vəliyevaya məxsus sexdə şərq şirniyyatının, «Şirvan Sənaye Kombinatı-2» ASC-də şaquli dəlikli yüngül fabrik kərpicinin, Qax şəhərində fiziki şəxs Z.Abdullayevə məxsus sexdə düşes limonadının istehsalı və satışı qadağan edilib, Lənkəran rayonunda keramik daş və kərpic istehsal edən «Xarxatan kərpic istehsal kooperativi» ilə bağlı materiallar Lənkəran rayon prokurorluğuna təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR