Emin Ağalarov ABŞ-da “After The Thunder” adlı albomunu təqdim edəcək – FOTO

Emin Ağalarov ABŞ-da “After The Thunder” adlı albomunu təqdim edəcək – <font color=red>FOTO </font>
# 16 oktyabr 2012 13:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Emin Ağalarov noyabrda ABŞ-a səfər edəcək. Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Eminin beynəlxalq “After The Thunder” adlı albomunu təqdim etmək məqsədi daşıyır. 2013-cü ilin fevralında isə azərbaycanlı müğənni Kevin Şirli ilə birgə fəaliyyəti olan növbəti plastinkanın yazılışını gerçəkləşəcək: ”Bu ölkə ilə məni həqiqətən də çox şey birləşdirir. Mən orada uzun müddət yaşadım, Nyu-Yorkda kollecdə oxudum və hər zaman arzulayırdım ki, Amerika mənim mahnılarımı eşitsin. İndi belə bir fürsət yaranıb və mən çox xoşbəxtəm”.

Bildirilir ki, bu payız Eminin Avropa və ABŞ-da konsertləri olacaq. Sözügedən tur dekabrın 11-i onun öz ad günü ərəfəsində Moskvadakı “Crocus Sity Hall”da sona çatacaq. Konsertdə Emini simli musiqi orkestri müşayiət edəcək. Emin “After The Thunder” albomundan ən yaxşı mahnıları ifa edəcək, yeni mahnıları səsləndirəcək. Həmçinin, o əvvəllər eşidilməyən və rus dilində olan mahnıları oxuyacaq.

Qeyd edək ki, “After The Thunder” albomun relizi Avropa, Böyük Britaniya və MDB ölkələrdə EMİ rekord-leyblin dəstəyi ilə gerçəkləşəcək. Sentyabrda işıq üzü görmüş sonuncu sinql ‘”Walk Through Walls” Böyük Britaniya radiostansiyalarında çox geniş yayılır və bu “After The Thunder” albomunda yer alan artıq dördüncü kompozisiyadır ki, Britaniya Top-40 çartında uğur qazanır. Hazırda Emin bu cür nailiyyətə imza atan yeganə Rusiya ifaçısıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR