Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri: “Xocalı qətliamı postsovet tarixinin ən faciəli hadisələrindən biridir”

Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri: “Xocalı qətliamı postsovet tarixinin ən faciəli hadisələrindən biridir”
# 07 fevral 2012 16:11 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Vestnik Kafkaza” mətbuat mərkəzində keçirilən tədbirdə rusiyalı ekspertlər, politoloqlar və tarixçilər iştirak ediblər. Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Aleksey Vlasov çıxışında Sovet İttifaqı dağıldığı dövrdən ötən 20 il ərzində onun dağılmasına gətirib çıxarmış tarixi hadisələr, habelə 1980-ci illərin axırı – 1990-cı illərin əvvəlindəki qanlı hadisələrin səbəblərinin yaxşı tədqiq olunmadığını söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağda və digər qaynar nöqtələrdə münaqişələr indiyədək kəskin problem olaraq qalmaqdadır: “Ekspertlər Sovet İttifaqının dağılması prosesini müşayiət edən qanlı münaqişələrin səbəblərini öyrənməsələr, yeni qurbanlar meydana çıxa bilər. 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamı postsovet tarixinin ən faciəli hadisələrindən biridir. Bu faciə indiyədək tarixçilər, sosioloqlar və politoloqlar tərəfindən kifayət qədər obyektiv öyrənilməyib. Problem bundadır ki, belə hadisələri öyrənərkən elmi yanaşma çox vaxt ştamplara və siyasi təşviqata uduzur. Yaxın tarixdə baş vermiş hadisə nə üçün hamını maraqlandırmır və böyüməkdə olan nəsil arasında ümumi tariximizin ağlı-qaralı səhifələrinə humanist marağı dəstəkləmək üçün tarixçilər nə etməlidirlər? Postsovet münaqişələrinə marağın itməsi bəlkə də elmi ictimaiyyətin indiyədək həmin tarixi dövrə obyektiv və ölçülüb-biçilmiş qiymət verə bilməməsindədir”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Leonid Qusev postsovet məkanının tarixinin digər qlobal hadisələrlə müqayisədə çox pis öyrənildiyini və təhsil sistemində bu dövrə yer verilmədiyini söyləyib: “Bu haqda kitab və material çatışmazlığı müşahidə olunur. Bir çox regionlarda həllini tapmamış və hələ də davam etməkdə olan münaqişələrin səbəblərindən xəbərsiz olmaq onların yenidən alovlanmasına gətirib çıxara bilər”.
L. Qusev bildirib ki, ekspertlər obyektiv informasiya sahəsi yaratmaq yolu ilə həmin münaqişələrin həlli prosesinə öz töhfələrini verməlidirlər: “Münaqişələri araşdıranlar həmin problemlərlə işləyərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR