Helsinki Komissiyası Qafqaz ölkələrində itkin düşmüş şəxslərin taleyi ilə bağlı dinləmələr keçirəcək

Helsinki Komissiyası Qafqaz ölkələrində itkin düşmüş şəxslərin taleyi ilə bağlı dinləmələr keçirəcək
# 24 fevral 2012 07:38 (UTC +04:00)
Bu barədə APA-nın müxbirinə tədbirin təşkilatçıları məlumat veriblər.

Fevralın 28-ə təyin olunmuş dinləmələrdə xüsusilə münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyi araşdırılacaq.

“Hazırda müharibələr və insan hüquqlarının pozulması nəticəsində bir milqondan çox itkin düşmüş insan var. Bundan əlavə hər il insan alveri, narkotik qaçaqmalçılığı ilə bağlı minlərlə insan yoxa çıxır”.

İtkin Düşmüş Şəxslərin İşi üzrə Beynəlxalq Komissar Kraliça Nur, İNTERPOL-un Vaşinqton şöbəsinin direktor müavini və digər şahidlər dinləmələrə dəvət olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR