Mahmud Əhmədinejad: “Kənar qüvvələr bölgəyə müdaxilə etməsin”

Mahmud Əhmədinejad: “Kənar qüvvələr bölgəyə müdaxilə etməsin”
# 16 fevral 2012 16:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İran prezidenti Mahmud Əhmədinejad Pakistana yola düşüb. APA-nın məlumatına görə, səfərin məqsədi fevralın 17-də İslamabad şəhərində keçiriləcək İran, Əfqanıstan və Pakistan zirvə toplantısında iştirak etməkdir.

M. Əhmədinejad Pakistana yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

İran prezidenti deyib ki, xarici qüvvələr bölgədəki problemləri həll etmək əvəzinə, daha da kompleks hala gətiriblər: “Çünki kənar qüvvələrin müdaxiləsi bölgədə daha çox problemə və region dövlətləri arasında inamsızlığın yaranmasına səbəb olub. Problemləri qarşılıqlı hörmət, bir-birimizin haqq və hüququna riayət etməklə çözməliyik. Regional problemlər üçün regional həll yolları vacibdir. Yalnız öz mənfəətlərini düşünən xarici qüvvələrdən bölgədəki problemləri həll etməsini gözləmək lazım deyil. Bölgə xalqları birlikdə yaşamalı, bir-birinin tamamlayıcısı olmalı, bir-birinin mənfəətini güdməlidir. İnamsızlıq, terrorizm, narkotik maddələrin qaçaqmalçılığı, kənar qüvvələrin ixtilaf yaratmaq və müstəmləkəçi siyasətlərinə qarşı ortaq hərəkət edilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR