YAP-ın Füzuli rayon təşkilatı üçün yeni inzibati bina inşa edilib

YAP-ın Füzuli rayon təşkilatı üçün yeni inzibati bina inşa edilib
# 27 iyul 2012 11:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Horadiz şəhərində hakim Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının yeni inzibati binasının tikintisi başa çatıb. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə bu ilin mart ayında başlanıb. Binada Heydər Əliyevin büstü qoyulıub. Burada, həmçinin Heydər Əliyevin və Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da var. Bina lazımi avadanlıq, istilik və soyutma sistemi ilə təchiz edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR