Azərbaycanda yeni ödəniş portalı yaradılıb

Azərbaycanda yeni ödəniş portalı yaradılıb
# 29 fevral 2012 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda kommunal ödənişləri bank kartları vasitəsi ilə həyata keçirmək üçün yeni www.hesab.az portalı yaradılıb. «APA-Economics»in xəbər verdiyi kimi, portal «GoldenPay» şirkəti tərəfindən «Visa» beynəlxalq ödəniş sisteminin dəstəyi ilə yaradılıb.

Portal vasitəsi ilə bütün növ kommunal ödənişləri, stasionar və mobil rabitə, internet porvayder və kabel televiziyası üzrə ödənişləri həyata keçirmək mümkündür. Bunun üçün portalda xüsusi şəxsi kabinet yaradılır və bank kartı vasitəsi ilə on-line rejimində ödənişlər aparmaq mümkündür.

Şirkətin təsisçisi Fərid İsmayılzadənin sözlərinə görə, yaxın zamanlarda hesab.az vasitəsi ilə həmçinin qaz sayğaclarının smart-kartlarına da vəsait yükləmək mümkün olacaq. Bundan başqa, dövlət rüsumları, müxtəlif cərimələr, o cümlədən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişinin bu portala cəlb edilməsi istiqamətində iş aparılır.

F.İsmayılzadə bildirib ki, şirkət hesab.az-dan başqa bir neçə ixtisaslaşmış portal yaratmaq niyyətindədir. Bunlardan biri vasitəsilə avtomobillərin icbari sığortasına görə ödəniş aparmaq və hazır sığorta polisi çap edib, əldə etmək mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR