Azərbaycan paytaxtında bu gecə və səhər saatlarında az yağış yağacağı gözlənilir

Azərbaycan paytaxtında bu gecə və səhər saatlarında az yağış yağacağı gözlənilir
# 08 noyabr 2012 10:54 (UTC +04:00)
Bakı-APA. Bakıda və Abşeron yarımadasında bu gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Noyabrın 09-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfor hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR