“Bakı Slavyan Universiteti və Moskva Şəhər Pedaqoji Universitetinin alimlərinin elmi əsərləri məcmuəsi” işıq üzü görüb

“Bakı Slavyan Universiteti və Moskva Şəhər Pedaqoji Universitetinin alimlərinin elmi əsərləri məcmuəsi” işıq üzü görüb
# 07 sentyabr 2012 13:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Moskvada Tanınmış rusiyalı alim, professor M. A. Mılnikovanın redaktorluğu ilə 420 səhifəlik və 500 tirajla rus dilində “Bakı Slavyan Universiteti və Moskva Şəhər Pedaqoji Universitetinin alimlərinin elmi əsərləri məcmuəsi” işıq üzü görüb. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu nəşri 2008-ci ildə BSU-nun rektoru Kamal Abdullanın təşəbbüsü ilə Bakıda nəşr olunmuş birgə elmi əsərlərin davamı hesab edilir. Məcmuədə linqvistika, tarix, hüquqşünaslıq, ədəbiyyatşünaslıq, pedaqogika və psixologiya, sosiologiya , fəlsəfə, iqtisadiyyat və menecment bölmələri üzrə 13-ü Bakı Slavyan Universitetindən olmaqla cəmi 55 tədqiqatçının elmi məqalələri yer alıb.

Məlumatda o da bildirilir ki, Bakı Slavyan Universitetinin (BSU) sıx əməkdaşlıq etdiyi Moskva şəhər pedaqoji universiteti ilə birgə hər iki universitetin tanınmış tədqiqatçı alimlərinin birgə elmi əsərləri məcmuəsinin həm Bakıda, həm də Moskvada nəşr olunması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR