BVF Azərbaycan üzrə iqtisadi artım proqnozunu artırıb

BVF Azərbaycan üzrə iqtisadi artım proqnozunu artırıb
# 09 oktyabr 2012 11:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, BVF-nin dərc etdiyi növbəti «World Economic Outlook» hesabatında qeyd olunub ki, 2012-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,9% təşkil edəcəyi proqnozlaşdırılır, halbuki Fond bundan öncə Azərbaycanda iqtisadi artımın 3,1% olacağını bildirirdi.

Bundan başqa, BFV 2013-cü ildə Azərbaycanda ÜDM-in artım tempini 2,7% (öncəki proqnoz 1,9%), 2017-ci ildə isə 3,1% (dəyişməz qalıb) səviyyədə olacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq, 2013-cü ildə isə ölkədə iqtisadi artım tempinin 8,5% təşkil edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR