ANAMA mütəxəssisləri ötən ay 750 partlamamış hərbi sursat və 20 mina aşkarlayaraq zərərsizləşdirib

ANAMA mütəxəssisləri ötən ay 750 partlamamış hərbi sursat və 20 mina aşkarlayaraq zərərsizləşdirib
# 07 sentyabr 2012 13:42 (UTC +04:00)
Bakı-APA. Ötən ay ANAMA tərəfindən 2,590,104 kvadrat metr ərazini yoxlanıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müddət ərzində 750 PHS və 1 ədəd piyada və 19 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 200,460,225 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 673,452-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, ANAMA ilə Türkiyənin “Sidar Qlobal” şirkəti arasında imzalanmış müqaviləyə əsasən ANAMA tərəfindən Türkiyənin Diyakbəkir vilayətində keçmiş hərbi poliqonda, dövlət hava meydanlarına məxsus ərazidə partlamamış hərbi sursatlarla çirklənmiş 1,101,492 kvadrat metr ərazi təmizlənib və 16,912 mina və PHS tapılıb. Qeyd olunan ərazidə hal-hazırda ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən xarici keyfiyyət yoxlaması aparılır və əməliyyatların 20 sentyabr 2012-ci il tarixdə başa çatdırılması planlaşdırılır.

Ötən ay Azərbaycan ərazisində mina/PHS hadisəsi qeydə alınmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR