«Bank of Baku» «Faizlər geri qayıdır» adlı kampaniyaya start verib

«Bank of Baku» «Faizlər geri qayıdır» adlı kampaniyaya start verib
# 24 avqust 2012 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC ölkə bankçılıq tarixində ilk dəfə olaraq «Faizlər geri qayıdır» adlı kampaniyaya başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində kredit müddəti boyunca yubanmaları olmayan müştəriyə bank tərəfindən kredit üzrə ödənilmiş faizlər geri qaytarılır. Kampaniya şərtləri daxilində qaytarılan faizlər «Bank of Baku» müştərilərinə bonus qismində hədiyyə edilir.

Start götürən kampaniya çərçivəsində iki cür kredit imkanından faydalanmaq olar. Birinci imkana əsasən, 6 ay müddətinə 500 manata kimi kredit ayrılır və hər vətəndaş bu kredit üçün banka müraciət edə bilər. Bankın filialları ilə təmsil olunan ərazilərdə qeydiyyatda olanlar isə həm də bunu arayış təqdim etmədən edə bilər. Kampaniya zamanı kredit rəsmiləşdirən və ödəmələrini yubanmadan edən bütün müştərilərə faizlər qaytarılır. Bu müştərilərə faizlər «Dostlar klubu»nun üzvü olduqda kredit üzrə son ödənişin növbəti iş günü, müştəri «Dostlar klubu»nun üzvü olmadıqda isə bu kluba üzv olduğu gün qaytarılır (bu kreditdən yararlanıb vaxtında ödəniş edən müştərilər, bankla əməkdaşlıq tarixçəsi 12 aydan az olsa belə, istisna hal kimi klub üzvlüyünə qəbul olunur). Faizlər müştəriyə təqdim olunacaq və ya mövcud «Dostlar klubu» kartına yatırılmış bonus məbləği formasında qaytarılır. Bonus məbləği nağd kredit götürüldükdə komissiya haqqının ödənişi üçün, yaxın gələcəkdə isə digər məqsədlər üçün istifadə edilə bilər.

Kampaniya çərçivəsində ikinci kredit imkanına görə, müştəri 30 aya qədər 5000 manata kimi kredit rəsmiləşdiribsə və bonusun qaytarılması şərtlərinə uyğundursa, bu halda onun «Dostlar klubu» kartına 50 manat məbləğində bonus vəsaiti yüklənir. Təkrar müştərilər və tərəfdaş təşkilatların əməkdaşları ikinci kredit imkanından da arayışsız yararlana bilər. Bu şərt çərçivəsində kredit rəsmiləşdirmiş müştərilərə bonusun verilmə şərti 500 manata qədər kreditin şərti ilə eynidir. Müştəri kreditin hər iki növünü rəsmiləşdirdiyi təqdirdə isə ona yalnız 500 manata kimi kreditin faizləri qaytarılır. İkinci imkandan yararlanmış müştərilərə bonuslar fevralın 14-də - «Bank of Baku»nun təsis olunma günündə qaytarılacaq.

«Faizlər geri qayıdır» kampaniyası bu ilin oktyabrın 15-dək qüvvədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR