Azərbaycan prezidenti İlham Əliyev Almazbek Atambayevi təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Almazbek Atambayevi təbrik edib
# 30 avqust 2012 16:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qırğız Respublikasının prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, Qırğız Respublikasının milli bayramı – Dövlət müstəqilliyi günü münasibətilə prezidenti və qırğız xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı Azərbaycan-Qırğızıstan dostluğunun ənənələrini özündə yaşadan ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstəriləcəyinə əminliyini ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR