Avqustda Kirdağ palçıq vulkanları ərazisinin 150 hektarlıq birinci sahəsi partlamamış hərbi sursatlardan təmizlənərək təhvil veriləcək
31 iyul 2012 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Avqust ayında Bakı şəhərinin Qaradağ rayonunda Kirdağ palçıq vulkanları ərazisinin 150 hektarlıq birinci sahəsi partlamamış hərbi sursatlardan təmizlənərək təhvil veriləcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xüsusi Əməliyyat Qrupunun supervayzeri Füzuli Namazov məlumat verib.
F. Namazov bildirib ki, indiyədək 1 milyon 462500 kvadrat metr sahəyə baxış keçirilib. Əməliyyatlar zamanı 252 ədəd partlamamış sursat tapılaraq zərərsizləşdirilib. Bunlar 125 millimetrlik tank, 100 millimetrlik top mərmiləri olub.
Bunun ardınca növbəti 1,5 milyon kvadratmetrlik (150 ha) ikinci sahənin partlamamış sursatlardan təmizlənməsinə başlanacaq.
Qeyd edək ki, Kirdağ palçıq vulkanları ərazisində əməliyyatlara 2011-ci ilin avqust ayında başlanıb.

Sosial
AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib
09:43
8 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:25
8 may 2024
ABŞ və Rumıniya Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər
06:55
8 may 2024
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT
22:42
7 may 2024