Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision” mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olub - FOTOSESSIYA

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision” mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olub - <font color=red>FOTOSESSIYA</font>
# 07 mart 2012 18:49 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
əvvəlcə mərkəzin həyətində yeni gətirilən avtobusla tanış olub.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, 49 yerlik bu avtobuslar Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycana gələn nümayəndə heyətlərinə xidmət göstərəcək. Hər nümayəndə heyətinə bir avtobus ayrılıb.
Bildirildi ki, fiziki imkanları məhdud insanlara xidmət edəcək yeni “Şatl bus” adlı nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərkəzdəki şərait və “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun fəaliyyəti ilə tanış olub.
Birinci mərtəbədəki stendlərə baxış zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, mərkəzdə 100-dən artıq mütəxəssisin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələrə baxan Mehriban xanım Əliyeva milli musiqi alətlərimizin də yer aldığı stend ilə tanış olub. Burada milli musiqi alətlərimizin tarixi barədə ətraflı məlumatlar yer alıb.
Sonra Azərbaycanın birinci xanımı elektron tablo vasitəsilə həyata keçirilən əməliyyatlara baxıb. Bu tablolarda elektron biletlərin satışı prosesi göstərilir.
Bakı Biznes Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsi zamanı yerli və xarici jurnalistlərin fəaliyyət göstərəcəyi konfrans zalı da vardır. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Media nümayəndələrinin rahat işləməsi üçün sürətli Wi-Fi şəbəkəsi də qurulub.
Mehriban xanım Əliyeva “Eurovision” mahnı müsabiqəsinin tarixini - başlandığı 1956-cı ildən 2011-ci ilədək dövrü əks etdirən stendə də baxdı. Heydər Əliyev Fondunun prezidentinə müsabiqənin müxtəlif illərində qalib olan ölkələrin nümayəndələri haqqında məlumat verildi. Stenddə ötən il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camalın fotoları da yer alıb.
İkinci mərtəbə ilə də tanış olan Azərbaycanın birinci xanımı konfrans zallarına baxdı, müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlərə dair sənədlər ilə tanış olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR