Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilk təyinat olub

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilk təyinat olub
# 27 mart 2012 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda xidmətin rəisi, general-leytenant Arzu Rəhimov ilk təyinatını açıqlayıb.

Dövlət Sərhəd Xidmətinin polkovniki Azad Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bugünkü iclasda A. Əliyev şəxsi heyətə təqdim olunub.

İclasda həmçinin bir neçə gün əvvəl ölkə başçısının imzaladığı fərmana uyğun olaraq həqiqi hərbi xidmətə çağırışın icrası ilə bağlı məsələlər müzakirə olunub və zəruri tapşırıqlar verilib.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Arzu Rəhimov buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

Bir müddət əvvəl isə keçmiş hərbi komissarlıq işçilərinin hamısı sərəncama göndərilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR