Arif Hacılı martın 26-da azadlığa çıxa bilər

Arif Hacılı martın 26-da azadlığa çıxa bilər
# 22 mart 2012 08:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində (CM) cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının anası ilə görüşünə şərait yaradılması ilə bağlı CM rəhbərliyinə ünvanladığı müraciətinə cavab verilməyib. Bu barədə APA-ya açıqlamasında A. Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib. Onun sözlərinə görə, martın 26-da A. Hacılının digər müraciətinə baxıla bilər: “Söhbət ona kəsilən cəzanın üçdə birini həbsdə keçirdikdən sonra azadlığa çıxmasından gedir. Əslində, Arif Hacılının cəzasının üçdə biri yanvarda bitib. Amma həmin vaxt onun müraciəti Penitensiar Xidmət tərəfindən müvafiq məhkəməyə göndərilməyib. Ona görə də üçdə birlə bağlı təkrarən, bu dəfə birbaşa Suraxanı Rayon Məhkəməsinə müraciət olunub. Müraciətdə cəza müddətinin üçdə birinin bitdiyi, bu səbəbdən də cəza növünün dəyişdirilməsi xahiş olunub. Suraxanı Rayon Məhkəməsi həmin müraciətə martın 26-da baxmalıdır. Baxmasa, yenidən məhkəməyə müraciət olunacaq. Baxsa və müraciət təmin olunmasa, apellyasiya şikayəti verəcəyik”.
Qeyd edək ki. A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR