Suriya üsyançıları Dəməşqlə Hələbi birləşdirən yolu nəzarətə götürüblər

Suriya üsyançıları Dəməşqlə Hələbi birləşdirən yolu nəzarətə götürüblər
# 09 oktyabr 2012 20:10 (UTC +04:00)
Bakı-APA. Suriya üsyançıları oktyabrın 9-da Dəməşq və Hələbi birləşdirən Maaret əl-Numan şəhərini ələ keçiriblər.

Şəhər ölçülərinin kiçik olmasına baxmayaraq böyük strateji əhəmiyyətə malikdir. Hələbə hücum edən hökumət qoşunları üçün yardımçı qüvvələr, texnika və sursat məhz bu şəhərdən keçib gedir.

Bu yolun ələ keçirilməsi hökumət qoşunlarını dolayı yollar axtarmağa və yaxud şəhəri yenidən ələ keçirməyə məcbur edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR