VHP İctimai Palatanın icazəli mitinqində iştirakı məqbul sayır

VHP İctimai Palatanın icazəli mitinqində iştirakı məqbul sayır
# 27 mart 2012 15:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı, Sumqayıt, Abşeron və işğal edilmiş rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş müşavirə keçirilib.

VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, müşavirədə partiyanın təsis olunmasının 20 illiyinə hazırlıq, təşkilatlanma işləri və İctimai Palatanın aprelin 8-nə təyin olunan mitinqi müzakirə edilib.

VHP Ali Məclisin sədri və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflının sədrliyi ilə keçirilən müşavirədə partiyanın yubileyinin rayon təşkilatları və respublika səviyyəsində qeyd olunması, o cümlədən qurumun təşkilati məsələlərinə dair müvafiq qərarlar verilib.

İctimai Palatanın aprelin 8-ə təyin olunan mitinqin müzakirəsi zamanı isə müşavirə iştirakçıları müxalifətdaxili inteqrasiya və həmrəyliyin diqqətə alınmasını əhəmiyyətli hesab ediblər. Müzakirələrdən sonra müşavirədə VHP rayon təşkilatlarının icazəli mitinqdə iştirakı məqbul sayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR