Litvanın Azərbaycandakı səfiri “Vikinq” və TRACECA layihələrinin birləşdirilməsini mümkün sayır

Litvanın Azərbaycandakı səfiri “Vikinq” və TRACECA layihələrinin birləşdirilməsini mümkün sayır
# 23 oktyabr 2012 07:21 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. “Vikinq” və TRACECA layihələrinin birləşdirilməsi imkanlarını müzakirə etmək üçün ekspertlər danışıqlar masası arxasına oturmalıdır. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas bildirib.

Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi həm Litva, həm də Azərbaycan üçün cəlbedicidir və layihə Qərbi Avropaya körpü ola bilər.

Səfir Litvanın istənilən enerji layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb: “Biz “Nabucco” layihəsini də dəstəkləyirik. Bizim üçün enerji mənbələrinin diversifikasiyası maraqlıdır. Avropa Birliyi də bu istiqamətdəki səyləri dəstəkləyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR