Ermənistanda son bir ildə benzin 15% bahalaşıb

Ermənistanda son bir ildə benzin 15% bahalaşıb
# 01 may 2012 07:43 (UTC +04:00)
Bakı – APA. Bu ilin aprel ayında Ermənistanda benzin və dizel yanacağının qiyməti mart ayına nisbətən müvafiq olaraq 5,8% və 2,3% yüksəlib. APA-nın məlumatına görə, 2011-ci ilin aprel ayı ilə müqayisədə benzin 15,3%, dizel yanacağı 9,3%, 2011-ci ilin dekabr ayına nisbətən müvafiq olaraq 12,8% və 4,9% bahalaşıb.

Qeyd edək ki, hazırda Ermənistanda «Premium» markalı benzinin 1 litri 520 drama (1,32 dollar), «Regular» - 500 drama (1,27 dollar), dizel yanacağı isə 470 drama (1,20 dollar) satılır. İlin əvvəlindən qiymətlər təxminən 30 dram (0,08 dollar) yüksəlib.

Yerli ekspertlərin fikrincə, istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar may ayının ortalarından yanacağın qiymətlərinin yüksəlməsi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR