Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir
17 aprel 2012 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. APA-nın məlumatına görə, bu barədə UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Həyat üçün faydalı faktlar” toplusunun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova bildirib. Onun sözlərinə görə, bu, qorxulu statistikadır: “Ancaq bunun qarşısını almaq mümkündür. Bu isə yalnız həkimlərdən asılı deyil. Bütün əhalinin, valideynlərin bu bilgilərə yiyələnməsi vacibdir. Çox təəssüf ki, Azərbaycanda Azərbaycan dilində valideynlər üçün kitablar çox azdır”.
Tədbirdə bildirilib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur.

Sosial
Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
13:40
14 may 2024
Naxçıvan əhalisinin sayı açıqlanıb
12:13
14 may 2024
Lənkəranda yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib
12:11
14 may 2024
Köndələnçay su anbarları kompleksinə media-tur təşkil olunub - FOTO
11:23
14 may 2024