Bu ilin sonunadək Bakıda bərk məişət tullantılarının yandırılması və çeşidləmə zavodları istismara veriləcək - FOTO

Bu ilin sonunadək Bakıda bərk məişət tullantılarının yandırılması və çeşidləmə zavodları istismara veriləcək - <font color=red>FOTO</font>
# 18 aprel 2012 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yer həftəsi ərəfəsində «Təmiz Şəhər» ASC növbəti maarifləndirmə tədbirini təşkil edib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Təmiz Şəhər» ASC Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) şagirdlərlə görüş keçirib. Görüşün keçirilməsində məqsəd uşaqların diqqətini bərk məişət tullantılarının ətraf mühitə təsirinin azaldılmasına yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların məsuliyyətini artırmaq olub.

«Təmiz Şəhər» ASC-nın Layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qurumun fəaliyyəti haqqında, o cümlədən Bakıda tullantıların idarə edilməsi sahəsində həyata keçirilən layihələr, ictimaiyyətin bu prosesdə rolu, tullantılardan az istifadə və təkrar istifadənin əhəmiyyətini əyani şəkildə uşaqlara nümayiş etdirib. Tədbirə dəstək olan «EkoSfera» Sosial Ekoloji Mərkəzinin əməkdaşı isə uşaqlara bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirməsi barədə məlumat verib. Həmçinin tədbirdə «EkoSfera» və «Təmiz Şəhər» tərəfindən İçərişəhər və Qala qəsəbəsində həyata keçirilən üzvi və qeyri-üzvi tullantıların çeşidlənmiş şəkildə toplanması üzrə pilot layihələr barədə məlumat verilib.

Bərk məişət tullantılarının yandırılması və çeşidləmə zavodlarının 2012-ci ilin sonunadək təhvil veriləcəyini vurğulayan O.Məmmədov bu müəssisələrlə əyani şəkildə tanış olmaq üçün növbəti il məktəblilərlə birgə səfərin təşkil edilə biləcəyini təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR