Gürcüstanda yeni dərs ilində pulsuz dərsliklərlə təmin olunacaq şagirdlərin sayı artacaq

Gürcüstanda yeni dərs ilində pulsuz dərsliklərlə təmin olunacaq şagirdlərin sayı artacaq
# 02 iyun 2012 19:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yeni dərs ilində Gürcüstanda pulsuz dərs ləvazimatları alan məktəblilərin sayı artacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyi qərar qəbul edib. Yeni dərs ilinin başlanğıcında aztəminatlı ailədəki məktəblilər və 2008-ci il avqust müharibəsində həlak olan ailələrin, eləcə də çoxuşaqlı ailələrin uşaqları pulsuz dərsliklərlə təmin olunacaq. Dərs ləvazimatları həm də tədris müəssisələrində bir ailədən üç və daha artıq təhsil alan və əmlak ödəyicisi kateqoriyasına daxil olmayan ailənin uşaqlarına da veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR