Filipp Kirkorovun Bakı konsertinin biletləri 45-700 manat arasında satılır

Filipp Kirkorovun Bakı konsertinin biletləri 45-700 manat arasında satılır
# 13 sentyabr 2012 15:28 (UTC +04:00)
APA-nın məlumatına görə, müğənninin Heydər Əliyev Sarayında keçiriləcəyi konsertinin biletləri artıq satışa çıxıb. Filipp Kirkorovun konsertinin biletləri 45 manatdan 700 manata kimi satılır.
Məlumata görə, qısa müddətdir satışa çıxarılmasına baxmayaraq, artıq ilk 20-ci sıraya kimi 700 və 500 manatlıq biletlər alınıb. Hazırda şəhərin mərkəzi kassalarında sözügedən konsertə biletlər yalnız 20-ci sıradan başlayır və 45-100 manat arasındadır.

Qeyd edək ki, bu Filipp Kirkorovun Bakıda ilk çıxışı deyil. Bir neçə il əvvəl müğənni bəstəkar İqor Krutoyun Bakı səhnəsində keçirilən yaradıcılıq gecəsində çıxış edib. Gözlənilən konsert isə Filipp Kirkorovun ilk solo çıxışıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR