Rusiya futzal yığması dünya çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə oyun üçün heyətini açıqlayıb

Rusiya futzal yığması dünya çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə oyun üçün heyətini açıqlayıb
# 22 mart 2012 11:48 (UTC +04:00)
Bakı – APA. Rusiya futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacağı oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Sergey Skoroviç hazırlığa 17 oyunçunu dəvət edib. Heyətdə ən çox Moskva “Dinamo”sunun oyunçuları yer verib – 4 nəfər.
Bakıdakı oyuna hazırlığa bu gün başlayan rusların təlim-məşq toplanışı martın 25-dək davam edəcək. Həmin gün ölkəmizə səfər edəcək rəqib martın 27-də “Sərhədçi” Olimpiya Mərkəzində matça çıxacaq. Bu ilin payızında Tailandda keçiriləcək final mərhələsinə vəsiqə uğrunda cavab oyunu isə aprelin 9-da Tümendə olacaq.
Rusiya yığmasının heyəti
Qapıçılar – Qustavo (“Sibiryak”), Leonid Klimovski (MOİK)
Sahə oyunçuları – Sergey Abramov, Dmitri Prudnikov (hər ikisi “Sinara”), Pula, Aleksandr Fukin, Vladislav Şayaxmetov, Anatoli Badretdinov (hamısı “Dinamo, Moskva), Nikolay Pereverzev, İldar Nuqumanov, İvan Milovanov (hamısı “Tümen”), Sergey Serqeyev, Konstantin Mayevski (hər ikisi MOİK), Danil Davıdov (“Qazprom-Yuqra”), Roman Anosov (“Norilski nikel”), Vladimir Çurlyayev, Nikolay Plaxov (hər ikisi “Sibiryak”)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR