Hollandiyanın konsaltinq şirkəti Azərbaycan ixracatçılarına xarici bazarlara çıxmağa yardım edəcək

Hollandiyanın konsaltinq şirkəti Azərbaycan ixracatçılarına xarici bazarlara çıxmağa yardım edəcək
# 01 oktyabr 2012 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hollandiyanın «Dutch International Trade Consulting» şirkəti Azərbaycan ixracatçılarına xarici bazarlara çıxış əldə etmələri üçün öz xidmətlərini təklif edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Dutch International Trade Consulting» şirkəti Avropanın qabaqcıl şirkətlərindən biri olaraq 10 ildən artıq müddət ərzində 300-ə yaxın şirkətə Avropanın 100-dən çox bazarına idxal və ixrac əməliyyatlarının həyata keçirilməsində yaxından köməklik göstərib.

Şirkət Azərbaycan ixracatçılarına xarici bazarlara çıxış əldə etmələri üçün öz xidmətlərini təklif edir. Şirkətin təklif etdiyi xidmətlərlə maraqlana və əməkdaşlıq etmək istəyən iş adamları 0031-355 337 149 telefon nömrəsinə zəng edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR