Dövlət Gənc Tamaşaçılar Teatrı “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı layihə həyata keçirəcək

Dövlət Gənc Tamaşaçılar Teatrı “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı layihə həyata keçirəcək
# 01 oktyabr 2012 14:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki ali təhsil ocaqlarından biri olan Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı layihə həyata keçirəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq ikinci ildir ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə olunmasıdır.

Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış abituriyentləri teatrın zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək olacaq. Tədbirdə teatrın rəhbərliyi, kollektivi, Azərbaycan İctimai-Siyasi Universitetinin professor, müəllim və tələbə kollektivi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nümayəndələri və “Bura Vətəndir” məclisinin üzvləri çıxış edəcəklər. Daha sonra universitetin professor və müəllim heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim ediləcək. Tədbir iştirakçılarına həmin gün G.Fiqeyredonun “Ezop” tamaşası nümayiş etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR