Bakı Bulvarında yeni mobil rabitə və internet xidmətləri qurğuları quraşdırılıb

Bakı Bulvarında yeni mobil rabitə və internet xidmətləri qurğuları quraşdırılıb
# 18 may 2012 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərinin Dənizkənarı Milli Parkında mobil rabitə və internet xidmətləri şəhər əhalisinin və paytaxt qonaqlarının istifadəsinə verilib.

«APA-Economics»in məlumatına görə, Dənizkənarı Milli Parkın bir neçə yerində GSM tipli taksofonlar quraşdırılıb ki, taksofonlar həm kart, həm də qəpiklə işləyir.

Bununla yanaşı, Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Dənizkənarı Milli Parkda simsiz internet şəbəkəsi (Wi-Fi) də qurularaq Bakı sakinlərinin və paytaxta gələn qonaqların istifadəsinə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR