İrlandiya vətəndaşları Avropa Birliyinin Büdcə Paktına qoşulmağa səs verib
01 iyun 2012 16:23 (UTC +04:00)
Bakı - APA-Economics. İrlandiya hökuməti Avropa Birliyinin (AB) Büdcə Paktı üzrə keçirilən referendumda iştirak edən ölkə vətəndaşlarının əksəriyyətinin sənədin lehinə səs verdiyini bəyan edib.
“APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, səslərin hesablanması başa çatmasa da, ilkin nəticələr irlandların AB-nin Büdcə Paktını bəyəndiyini göstərir.
Referendumdan öncə hökumət vətəndaşları sənədin lehinə səs verməyə çağırıb: “Əks halda, İrlandiya AB ölkələrindən təcrid olunacaq və beynəlxalq investorların ölkəyə marağı azalacaq”.
İrlandiya müxalifəti isə bəyan edib ki, sənədin ehtiva etdiyi sərt qənaət tədbirləri ölkənin iqtisadi artımına mənfi təsir edəcək, bir çox məsələlər üzrə qərar qəbul etmə mərkəzi funksiyası isə Dublindən Brüsselə keçəcək.
Qeyd edək ki, İrlandiya AB-nin Büdcə Paktına qoşulmaq məsələsini referenduma çıxaran yeganə ölkədir. Sənədin qüvvəyə minməsi üçün onu avrozonanın 17 ölkəsindən 12-si ratifikasiya etməlidir. Pakt qüvvəyə minərsə, Avropa ölkələrinin büdcə kəsiri ÜDM-in 0,5%-dən çox ola bilməz.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024