İnquşetiyada 3 günlük matəm elan olunub

İnquşetiyada 3 günlük matəm elan olunub
# 20 avqust 2012 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Polis əməkdaşının dəfni zamanı törədilən terror aktı zamanı ölənlərlə bağlı İnquşetiyada 3 günlük matəm elan olunub.

APA-nın «Rossiya 24» telekanalına istinadən verdiyi məlumata görə, avqustun 22-dək bütün əyləncəli televiziya proqramları təxirə salınıb. Eyni zamanda, regionda təhlükəsizlik tədbirləri gücləndirilib.

Terror aktı avqustun 19-da Saqopşi kəndində törədilib. Belə ki, bundan bir gün öncə günorta saatlarında ölən polis əməkdaşının dəfnində terorçu özünü partladıb. Güc strukturlarının fikrincə, polis əməkdaşı qəsdən öldürülüb ki, daha sonra, onun dəfni zamanı terror əməliyyatı həyata keçirilsin. Terror aktını 34 yaşlı Xamzat Aldiyev törədib. Onun quldur dəstəsindən olduğu hesab olunur.

Sözügedən terakt nəticəsində, İnquşetiya Daxili İşlər Nazirliyinin 7 əməkdaşı ölüb, daha 15 nəfər isə xəsarət alıb. Yaralıların 4 nəfəri ağır vəziyyətdədir.

İnquşetiya hökuməti ölənlərin ailələrinə 100 min rubl, yaralanların ailələrinə isə 50 min rubl ödəyəcəyini bildirib. Bundan başqa, İnquşetiya Daxili İşlər Nazirliyi də ölən və yaralıların ailələrinə kompensasiya ödəyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR